Moskvanın Tverskoy Məhkəməsi Federal Penitensiar Xidmətin Moskva vilayəti üzrə rəis müavini Vladimir Talayevi külli miqdarda rüşvət almaqda şübhəli bilinərək həbs edib.

Tezadlar.az bildirir ki, bu barədə məhkəmənin mətbuat xidmətindən məlumat verilib.

“Talayev barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib”, - bildirilib.

Moskvanın Tverskoy Məhkəməsi Talayevə artıq ittihamın irəli sürülməsinə aydınlıq gətirib. Müstəntiqlərin bildirdiyinə görə, o, iş üzrə digər təqsirləndirilən şəxslərlə əvvəlcədən razılaşaraq məhsulların topdan satışı ilə məşğul olan “RZN FOOD” MMC-nin maraqları naminə fəaliyyət göstərən vasitəçidən vəsait alıb.

Vladimir Talayev Moskva vilayəti üzrə Federal Penitensiar Xidmətin rəis müavini kimi maliyyə-təsərrüfat idarəsinin, əsaslı tikinti və təmir idarəsinin, maddi-texniki təchizat şöbəsinin, maddi-texniki təchizat və hərbi təchizat bazasının fəaliyyətini əlaqələndirir və nəzarət edir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN