Sabirabadda kiberdələduzluq və bank kartlarından oğurluq halları ilə mübarizə çərçivəsində profilaktiki tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Tezadlar.az-a verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sakinlərin sıx olduğu küçə və prospektlərdə, ticarət və iaşə obyektlərində, bankların və bankomatların, həmçinin ödəmə terminallarının ətrafında məlumatverici lövhələr asılıb, sakinlərlə izahedici söhbətlər aparılıb.

Vətəndaşlara, xüsusən təqaüdçülərə tanımadıqları şəxslərdən kömək istəməməyi, digər bir şəxsin kart hesabına pul göndərmək istəyən zaman isə yalnız bankların səlahiyyətləri əməkdaşlarına müraciət etmələri tövsiyə olunub.

whatsapp-image-2024-05-23-at-13_54_582

Eyni zamanda, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib ki, bank kartlarından kiber üsullarla oğurluqlar gün ərzində 22 fakt aşkarlanıb. Belə ki, feysbukda "aşağı faizli kredit"-lə 7290, "kartınıza müdaxilə var, bankdandır, sığorta edilməsi" ilə 7186, satışa qoyulan boks ələcəyini almaq üçün "beh" göndərilməsi ilə 5180 manat olmaqla vətəndaşların bank kartı məlumatları aldadılıb alınmaqla pulları oğurlanıb. Digər faktlar üzrə məbləğlər - 1240,1500,155,1500,418, 850, 1200, 238, 21, 75,1790, 712, 455, 2999, 2000, 900,1640,42, 200 manat təşkil edib. Aldatma tələləri fərqli olsa da, oğurluqlar eyni kiber üsullarla törədilib.

whatsapp-image-2024-05-23-at-13_55_00

Həmçinin, E.Hacıyev qeyd edib ki, özünü Aleksey kimi təqdim edən şəxs evini kirayə vermək üçün elan saytında yerləşdirən şəxsə zəng edib. "Evi bəyənirik, xoşumuza gəlir, bank kartınızı verin, kirayə haqqını ödəyək, evi tutmaq istəyirik...". Və vətəndaş 16 rəqəm daxil olmaqla bütün kart məlumatlarını tanımadığı şəxsə verib. Nəticədə kartında olan 4000 manat oğurlanıb. Və bundan başqa 16 rəqəmdən əlavə kart məlumatları verilməklə 19 vətəndaşın - 2100, 200,1300, 390, 150, 420, 500, 49, 250, 93, 75, 305,1300, 300,1 50, 68, 90, 568, 500 fərqli üsullarla aldadılıb.

R.XUDATQIZI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN