İddialara görə, Rusiya Silahlı Qüvvələri yaxın gələcəkdə Avropa ərazisində özünü tapa bilər.
Tezadlar.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Drezdendə çıxışı zamanı deyib. Onun sözlərini Almaniyanın “Tagesspiegel” qəzeti sitat gətirir.
Fransa lideri hesab edir ki, “Rusiya sabah burada (Avropada – RED.) ola bilər”.
Nəşr qeyd edir ki, Makron eyni zamanda təcili olaraq Ukraynaya dəstəyi artırmağa və Avropanın müdafiəsini gücləndirməyə çağırıb.
Bundan əvvəl Xerson vilayətinin senatoru İqor Kastyukeviç Makrona Rusiyanın Ukraynadakı qələbəsinə hazırlaşmağı məsləhət görüb. Kastyukeviçin sözlərinə görə, Makron Ukrayna ilə bağlı bəyanatlarında “eskalasiya ritorikasından” istifadə edir. Senator əlavə edib ki, Qərbdə bu cür ritorika hərbi büdcələri “kəsmək” üçün istifadə olunur.
E.ŞİRİNOV