Finlandiyanın baş naziri Petteri Orpo fin əsgərlərinin Ukraynaya göndərilməsini “mümkünsüz” adlandırıb.

Tezadlar.az bu barədə “RİA Novosti”-yə istinadən xəbər verir.

Orpo izah edib ki, “Rusiya Ukrayna ərazisinə daha da dərinləşsə belə” Ukrayna münaqişəsində iştirak etmək üçün hərbçilərin göndərilməsinə icazə vermir.

Baş nazirin sözlərinə görə, respublika Ukrayna tərəfi ilə razılaşdırılmış şərtlərlə Kiyevə dəstək verir. Bunlara silah təchizatı və hərbi təlim daxildir.

Finlandiya prezidenti Alexander Stubb daha əvvəl bildirmişdi ki, Finlandiya ordusu hissələrinin Ukraynaya göndərilməsi ilə bağlı məlumatlar “sadəcə fərziyyədir”.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
ƏSİLZADƏ PROFESSOR...
Thursday, 23 Yanvar 2025
By Elman ELDAROĞLU
IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN