İrəvanın mərkəzində müxalifətin növbəti nümayişi keçirilir.
Tezadlar.az-ın TASS-a istinadən məlumatına görə, “Vətənin adı uğrunda Tavuş” müxalifət hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstayan ötən həftənin yekunlarına yekun vurmaq üçün tərəfdarlarını “Müqəddəs Anna” kilsəsinə toplayıb.
“Çox gərgin bir həftə oldu. Dünən Gümrüdə görüş keçirdik. Orada dahi Şarl Aznavurun xatirəsinə uşaq konserti olmalı idi... artıq yolda bildik ki, onlar konsertin vaxtını dəyişmək istəyirlər, sonra isə onu tamamilə ləğv edib səhnəni söküblər”, - Qalstanyan bildirib.
Eyni zamanda o, etiraz hərəkatının səngidiyi barədə şayiələr yayan insanları qınayıb.
Bundan əvvəl Ermənistan polisi Ermənistan Xarici İşlər Nazirliyinin binası yaxınlığında baş nazir Nikol Paşinyanın istefası tələbi ilə keçirilən aksiyanın 16 iştirakçısını saxlayıb.
E.ŞİRİNOV