Bazar günü günortadan sonra Çexiyanın şimal-qərbindəki Liberets şəhərinin kənarındakı Vratislavitse nad Nisouda tufan zamanı ən azı on üç nəfəri ildırım vurub.
Hadisə Praqadan təxminən 90 kilometr aralıda yerləşən şəhər parklarından birində baş verib. "Mən bildiyimə görə, beş uşaq və səkkiz böyük adamı ildırım vurub"
Tezadlar.az bildirir ki, bu barədə Liberec xəstəxanasının sözçüsü Vatslav Rikar məlumat verib.
Yerli yanğınsöndürənlər bildiriblər ki, ildırım altında insanların olduğu ağaca düşüb. Bu arada polis X kanalında ildırım vurması nəticəsində 15 nəfərin xəsarət aldığını bildirib. Bütün Çexiya ərazisində tufan xəbərdarlığı bazar günü axşam saatlarına qədər qüvvədədir.
E.ŞİRİNOV