Rusiya ilə İran arasında hərtərəfli saziş üzərində iş davam edir.
Tezadlar.az bildirir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Bütövlükdə götürsək, bu iş davam edir”, - deyə o aydınlaşdırıb.
Eyni zamanda, Peskov qeyd edib ki, Tehranda prezident seçkilərinə hazırlığı nəzərə alaraq, qrafik bir qədər dəyişir.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin ikinci Asiya departamentinin direktoru Zamir Kabulov da prosesin iranlı tərəfdaşlarla yaranan problemlərə görə dayandırıldığını qeyd edib.
E.ŞİRİNOV