Ukraynada istilik enerjisi istehsalının təqribən 80%-i və su elektrik enerjisi istehsalının üçdə biri məhv edilib.

Tezadlar.az bildirir ki, müvafiq bəyanatı Ukrayna prezidenti Vladimir Zelenski verib.

O, Ukraynanın bu yaxınlarda daha doqquz gigavat gücü itirdiyini vurğulayıb.

Ukrayna liderinin sözlərinə görə, Kiyevin bu il Ukraynada bir giqavata, yaxın illərdə isə daha dörd gigavata qədər qaz hasilatı yaratmaq üçün “aydın planı” var.

Qeyd edək ki, Ukraynanın baş naziri Denis Şmıqal bundan əvvəl ölkədə su və istilik elektrik stansiyalarının 62 enerji blokunun məhv edildiyini bildirmişdi.

Bundan əvvəl “Ukrenerqo”nun müşahidə şurasının üzvü Yuri Boyko bildirib ki, Ukraynada zədələnməmiş bir dənə də olsun istilik elektrik stansiyası qalmayıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN