Yaxın Şərqdə yekun sülhə gedən yol iki dövlətli həll yolu ilə mümkündür - Fələstinin BMT Təhlükəsizlik Şurasının üzvləri tərəfindən dövlət kimi tanınması regionda ab-havanı dəyişəcək.

Tezadlar.az “Anadolu”-ya istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O, Fələstin-İsrail münaqişəsinin həlli üçün məsuliyyəti BMT-yə həvalə edib. Türkiyə lideri hesab edir ki, təşkilatın “bəzi hüquqsuz ölkələr, xüsusən də İsrail” tərəfindən zədələnmiş reputasiyasını bərpa etmək üçün yaxşı fürsət var. O, İsrailin BMT sisteminə hücumlarını dayandırmağa, Qəzzada sülhü təmin etməyə, beynəlxalq hüquq və insan haqlarını bərpa etməyə çağırıb.

“Bu məsuliyyət ilk növbədə BMT Təhlükəsizlik Şurasının üzvlərinin üzərinə düşür”, - Ərdoğan vurğulayıb.

İyunun 13-də Türkiyə prezidenti Birləşmiş Ştatların Qəzzada atəşkəslə bağlı BMT Təhlükəsizlik Şurasının qətnaməsini yerinə yetirməsi üçün İsrailə təzyiq göstərməyə çağırıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN