Milli Cəbhə Partiyasının təşkilatçılığı, partiyanın fəal üzvü, professor, cərrah Mirazim Zaidovun təşəbbüsü ilə xeyriyyə aksiyası keçirilib. TEZADLAR.AZ xəbər verir ki, bu barədə MCP sədri Razi Nurullayev sosial media hesabında məlumat verib.
"Aksiya çərçivəsində şəhid, qazi ailələrinin, aztəminatlı ailələrin uşaqları təmənnasız sünnət edilib. MCP üzvləri uşaqlara hədiyyələr veriblər", - deyə deputat bildirib.
Y.Məmmədli