Gürcüstanın baş naziri İrakli Kobaxidze ölkədə Ukrayna ssenarisinin qarşısının alındığını bəyan edib və gələcəkdə belə hallara yol verməyəcəyini əlavə edib.

“Təəssüf ki, konkret siyasi qüvvələr açıq şəkildə müvafiq təbliğata cəlb edilib və Gürcüstanda açıq şəkildə “ikinci cəbhə”nin açılmasını tələb ediblər. Təbii ki, bu, ölkəmizə təzyiqi artırdı, lakin bu illər ərzində biz müvafiq ssenarinin qarşısını uğurla ala bildik və təbii ki, gələcəkdə bunu bacaracağımıza əminik”, - Kobaxidze bildirib.

Kobaxidze bir qədər əvvəl bildirmişdi ki, Tbilisi ABŞ-la münasibətləri bərpa etməyə çalışır.

"Gürcüstan hökuməti 2020-ci ildən bəri baş verən hadisələr fonunda məcburi hesab etdiyimiz Birləşmiş Ştatlarla münasibətlərin bərpasına töhfə verməkdə qərarlıdır", - hökumət başçısı bildirib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN