Moskva vilayətinin Şçelkovo şəhərində tikinti şirkəti müştəriləri aldadaraq pullarını götürərək yoxa çıxıb. Dələduzluq edən şirkətin rəhbəri saxlanılıb.

Söhbət “Phoenix” MMC şirkətindən gedir, - Tezadlar.az Moskva vilayəti Prokurorluğunun mətbuat xidmətinin məlumatına istinadən xəbər verir. Yeni evlərinə köçmək istəyən yüzdən çox insan onunla müqavilə bağlayıb.

Lakin şirkət hətta əmlakın tikintisinə başlamayıb. Baş direktor və ola bilsin ki, onun tərəfdaşları insanların yeni evlər üçün ödədikləri pulu götürüb yoxa çıxıblar. Mənzil yalnız kağız üzərində qalır.

Aldadılan müştərilər polisə müraciət edib, polislər şirkətin baş direktorunu saxlayıblar.

Faktla bağlı “Dələduzluq” maddəsi ilə cinayət işi açılıb, dələduz saxlanılıb.

İş prokurorluğun nəzarətindədir. Qeyd olunur ki, saxlanılan şəxsin cinayət ortaqları ola bilərdi, hazırda onları axtarırlar.

Bundan əvvəl Moskva vilayətinin qubernatoru Andrey Vorobyov bildirmişdi ki, bölgədə aldadılmış səhmdar qalmayıb. Bununla belə, daşınmaz əmlak sənayesində fəaliyyət göstərən fırıldaqçı şirkətlər hələ də xəbərlərdən göründüyü kimi qalmaqdadır.

Görümdüyü kimi, fırıldaqçı tikinti şirkətləri yalnız Azərbaycanda deyil, eləcə də dünyanın müxtəlif nöqtələrində insanların başına oyun açır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN