Ukrayna təhlükəsizlik xidməti (UTX) parlamenti ələ keçirməyi və hakimiyyəti devirməyi planlaşdırdığı iddia edilən qrupun saxlanıldığını bildirib.
“UTX Konstitusiya Günündən sonra Kiyevdə iğtişaşlar hazırlayan təxribatçıları saxlayıb. Təhlükəsizlik xidməti bu il iyunun 30-da Kiyevdə silsilə təxribatlar hazırlayan bir qrup ictimai “fəal”ı ifşa edib”, - idarənin bəyanatında deyilir.
Departamentin bəyanatında göstərilir ki, təşkilatçılar həm də Kiyevin mərkəzində iğtişaşlar təşkil etmək niyyətində olublar və bu işdə kömək etmək üçün Dnepropetrovsk və digər bölgələrdən olan “ictimai fəalları” özlərinə cəlb ediblər.
İyunun sonunda Kiyevdə Mərkəzi Vağzalın girişini bağlayan etirazlar başlayıb. Kiyev sakinlərindən səyahət üçün müvəqqəti olaraq Cənub vağzalına üstünlük vermələri xahiş olunub. Ukraynanın “Economic Truth” nəşri yazır ki, ölkənin paytaxtında etiraz aksiyaları yerli topdansatış bazarının sökülməsi ilə bağlıdır. Aksiyaya görə Vokzalnaya meydanı bağlanıb, həmçinin avtobus və trolleybusların gecikmələrlə işləməyə başladığı bildirilir.
E.ŞİRİNOV