Mari Eldə iri quşçuluq fermasının 36 işçisi səhhəti ilə əlaqədar həkimlərə müraciət edib. Xəstəliyin səbəbi stafilokok infeksiyası olub.

Tezadlar.az bildirir ki, bu barədə Rusiya Federasiyasının regional istintaq komitəsindən məlumat verilib.

"İyulun onu və on birində Mari El Respublikasının ərazisində yerləşən quşçuluq fermasının işçiləri stafilokok infeksiyası ilkin diaqnozu ilə tibb müəssisələrinə yerləşdirilib”, - Rusiya İstintaq Komitəsinin bölgə üzrə rəhbərinin böyük köməkçisi İvan Çekulayev izah edib.

Bu fakt əsasında istehlakçıların həyat və sağlamlığının təhlükəsizliyinə dair tələblərə cavab verməyən xidmətlərin göstərilməsi maddəsi ilə cinayət işi başlanıb. Hazırda müstəntiqlər hadisə yerinə baxış keçirir və zərərçəkənləri dindirir. İşçilərin zəhərlənməsi ilə bağlı mətbuatda xəbərlərin yayılmasından sonra məsələyə müdaxilə edən prokurorluq da istintaqa nəzarət edir.

Sovetski rayon prokuroru Sergey Yanqabışevin sözlərinə görə, bütün zərərçəkənlər şirkətin yeməkxanasında nahar etdikdən sonra xəstəxanaya aparılıb - insanlar eyni salatı sifariş ediblər.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN