İsveç Kiyevlə razılaşaraq F-16 təchizat proqramı qüvvədə olduğu müddətdə Ukraynaya JAS 39 Gripen qırıcıları tədarük etməyəcək.

Tezadlar.az xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Tobias Billström deyib.

"Bu qərar ona görə verilib ki, Ukrayna eyni vaxtda iki hava qırıcı sistemindən - həm F-16, həm də Gripen-dən istifadənin həddən artıq çox olduğu qənaətinə gəlib", - o, NATO sammiti çərçivəsində “Amerikanın Səsi” radiosuna müsahibəsində bildirib.

Nazirin sözlərinə görə, qəbul edilən qərar o demək deyil ki, İsveç gələcəkdə “F-16 təchizat proqramları tamamlandıqdan sonra” Ukraynanı Gripen qırıcıları ilə təchiz etməyə hazır olmayacaq.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN