Rusiya NATO-nun öz infrastrukturunu öz sərhədlərinə doğru itələməyə davam etdiyini və ümumiyyətlə, onu yatırtmaq, strateji məğlubiyyətə uğratmaq istədiyini görür. Bu, Moskvanın cavab verməsini tələb edir.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Biz NATO-nun Qara dəniz şəhərlərində logistika qovşaqlarının yaradılması, Avropada əlavə məntəqələrin açılması qərarını görürük və görürük ki, əslində NATO-nun hərbi infrastrukturu daim, tədricən bizim sərhədlərimizə doğru irəliləyir”, - deyə o qeyd edib.

Peskov Ukraynanın nəticədə NATO-ya üzv olması qərarına da diqqət çəkib.

“Aydındır ki, alyans əsas məqsədlərindən birini - Rusiyanı sıxışdırmaq, Rusiyanı strateji məğlubiyyətə uğratmaq məqsədi güdür. Bu, bizi qəbul edilmiş qərarları və gedən müzakirələri çox dərindən təhlil etməyə, bəyannamənin mətnini çox diqqətlə təhlil etməyə məcbur edir. Bu, ölkəmizin milli təhlükəsizliyi üçün çox ciddi təhdiddir. Bütün bunlar NATO-nun qarşısını almaq üçün bizdən düşünülmüş, əlaqələndirilmiş və effektiv cavab tələb edəcək”, - Kreml nümayəndəsi yekunlaşdırıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN