Ukrayna Silahlı Qüvvələrinin Belqorod vilayətinin Şebekino şəhərini atəşə tutması nəticəsində 7 nəfər yaralanıb.
Tezadlar.az bildirir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov özünün Telegram kanalında məlumat verib.
“İlkin məlumata görə, yeddi mülki şəxs yaralanıb: beş qadın və iki kişi. Təcili yardım briqadası bud və aşağı ayağı nahiyəsindən qəlpə yarası almış bir qadını Belqoroddakı 2 saylı şəhər xəstəxanasına aparıb. Başqa bir qadında qapalı kəllə-beyin travması, üz, qol və döş qəfəsində qəlpə yaraları var. Təcili yardım həkimləri onu rayon klinik xəstəxanasına aparıblar. Üçüncü zərərçəkənə yerindəcə tibbi yardım göstərilib və xəstəxanaya yerləşdirilməkdən imtina edib. Daha dörd yaralı müstəqil olaraq Şebekinski Mərkəzi Rayon Xəstəxanasına müraciət edib, hamısına tibbi yardım göstərilib və onlara ambulator şəraitdə müalicə davam etdiriləcək”, - deyə Qladkov yazıb.
O əlavə edib ki, iki sosial, üç ticarət obyektində müxtəlif ziyanlar aşkar edilib. Həmçinin 15 avtomobil qəlpələrdən, 3 yaşayış binasının şüşələri və fasadlarına ziyan dəyib.
E.ŞİRİNOV