Barak Obama və Bill Klinton administrasiyasından olan demokratlar Co Baydeni prezidentlik yarışından kənarlaşdırmağa hazırlaşır.
Tezadlar.az bildirir ki, bu barədə “Axios” portalı mənbələrə istinadən xəbər verir.
Baydeni namizədliyini geri götürməyə məcbur etməyi planlaşdıran “gizli komitə”yə Obamanın keçmiş köməkçiləri, Klintonun keçmiş məsləhətçiləri, bir sıra Demokrat senatorlar və Nümayəndələr Palatasının üzvləri, həmçinin partiyanın əsas donorları daxildir.
Bundan əvvəl məlum olmuşdu ki, Amerikanın keçmiş prezidenti Barak Obama və ABŞ Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosi özəl olaraq indiki dövlət başçısı Co Baydenin ikinci müddətə yenidən seçilmək qabiliyyətinə şübhə ilə yanaşıblar. Onlar Baydenin seçkidən çəkilmək qərarına gəlməsini gözləyirlər.
E.ŞİRİNOV