Abxaziyada İnquri Su Elektrik Stansiyasında (SES) qəza baş verib.

Tezadlar.az bildirir ki, bu barədə “Çernomorenerqo” Telegram kanalında məlumat verilib.

Bu, respublikanı təchiz edən yeganə stansiyadır. Qaqra, Pitsunda, Alaxadzı kəndi və Suxumun bir hissəsinin sakinləri işıqsız qalıb. “Çernomorenerqo” xəbər verir ki, mütəxəssislər artıq qəzanın nəticələrini aradan qaldırmağa başlayıblar.

Bundan əvvəl Rusiyanın cənubunda bir neçə milyon insan Rostov-na-Donudakı atom elektrik stansiyasında (AES) generasiya avadanlığının nasazlığı səbəbindən elektrik enerjisindən məhrum olub. Rostov-na-Donu, Taqanroq, Krasnodar, Elista, Anapa, Armavir, Novorossiysk, Sevastopol, Krım və bəzi digər yaşayış məntəqələrinin sakinləri elektrik enerjisini kəsiblər. Ölkənin cənub rayonlarında atom elektrik stansiyalarının fəaliyyəti bərpa olunduqdan sonra elektrik enerjisinin verilməsində məhdudiyyətlər tətbiq edilib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN