Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) və bir sıra tabeli tibb müəssisələrinin əməkdaşlarının, yerli icra və bələdiyyə nümayəndələrinin, ekokönüllülərin iştirakı ilə Xəzər dənizinin Bilgəh sahilində təmizlik aksiyası keçirilib.
Nazirliyin mətbuat xidmətindən Tezadlar.az-a verilən məlumata görə, aksiya çərçivəsində sahil zolağı 500 kq tullantıdan təmizlənib.
Qeyd edək ki, “Təmiz ölkəm” devizi altında Ümumrespublika Təmizlik Marafonu cəmiyyətə ətraf mühitin təmiz saxlanılmasının vacibliyi barədə maarifləndirici mesajlar çatdırmaq və insanlarda məsuliyyət hissi oyatmaq məqsədilə təşkil olunur.
R.XUDATQIZI