Paytaxtın Yasamal rayonunda oğurluq hadisəsi qeydə alınıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Tezadlar.az-a verilən məlumata görə, naməlum şəxs gecə saatlarında üzünü qara maska ilə kamuflyaj edərək rayon ərazisində yerləşən mağazalardan birinin qapısını dəmir metalla qırıb və içəridə yerləşən ödəmə terminalını talayaraq pul vəsaitini ələ keçirib.

Yasamal Rayon Polis İdarəsinin 29-cu polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində hadisəni törədən şəxs - əvvəllər oğurluq cinayətlərinə görə məhkum olunmuş 1996-cı il təvəllüdlü Turxan Mustafayev saxlanılıb. Onun cinayət əməli ətrafda olan təhlükəsizlik kameraları vasitəsilə lentə alınıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN