Ölkədə hərbi vəziyyətin uzadılmasını təklif edən Vladimir Zelenski əslində özünü xilas edir.

Tezadlar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

"Zelenski yalnız özünü xilas edir, o, öz xilası üçün böyük bədəl ödəməyə hazırdır və Ukrayna vətəndaşlarının həyatı ilə ödəyir", - diplomat deyib.

Xatırladaq ki, iyulun 23-də Zelenski Ali Radaya ölkədə hərbi vəziyyətin və səfərbərliyin uzadılmasını nəzərdə tutan qanun layihələri təqdim edib. Hazırda hərbi vəziyyət 2024-cü il avqustun 11-dək qüvvədədir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN