Türkiyə Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin İsrailin İran paytaxtında iqamətgahına endirdiyi zərbə nəticəsində öldürülməsini pisləyib.
Tezadlar.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Ankara beynəlxalq ictimaiyyəti münaqişə regional xarakter almadan Təl-Əvivi dayandırmağa çağırır.
“Biz HƏMAS siyasi bürosunun rəhbəri Haniyənin Tehranda qətlini pisləyirik... Bu, Netanyahu hökumətinin sülhə can atmadığının daha bir sübutudur”, - bəyanatda deyilir.
Qeyd edək ki, Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə İranın paytaxtı Tehranda atışmaların qurbanı olub. Zərbə birbaşa onun iqamətgahına dəyib. Atışma nəticəsində Siyasi Büro rəhbərinin mühafizəçilərindən biri də həlak olub. Fələstin hərəkatının nümayəndələri Haniyənin ölümünü rəsmən təsdiqləyib və onun ölümündə İsraili günahlandırıblar.
Bu arada İsrail Müdafiə Qüvvələrinin nümayəndələri qətllə bağlı şərh verməkdən imtina ediblər. Kütləvi informasiya vasitələri qeyd edib ki, “xarici medianın xəbərlərinə cavab vermir”.
Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Boqdanov deyib ki, Haniyənin ölümü tamamilə qəbuledilməz siyasi qətldir. Onun sözlərinə görə, bu, Dohada danışıqlara mənfi təsir edəcək və gərginliyin daha da artmasına səbəb olacaq.
E.ŞİRİNOV