Rusiya artilleriyaçıları Kursk vilayətinin sərhəd bölgəsində Ukrayna Silahlı Qüvvələrinə məxsus kamuflyajlı səhra sursatlarını məhv edib.

Tezadlar.az xəbər verir ki, videonu Rusiya Müdafiə Nazirliyi yayıb.

Kadrlarda mərminin Ukrayna Silahlı Qüvvələrinin mövqeyinə dəyməsi, bundan sonra ikinci dərəcəli partlama və yanğın baş verməsi göstərilir.

Müdafiə Nazirliyinin qeyd edib ki, rus əsgərləri kəşfiyyat işləri zamanı Ukrayna bölməsinin sursat anbarını aşkar ediblər. Kəşfiyyat məlumatlarını təhlil etdikdən sonra hərbçilər hədəfə atəş açmaq qərarına gəliblər.

“D-30 haubitsasının ekipajının endirdiyi dəqiq zərbə nəticəsində döyüş sursatı tamamilə məhv edilib”, - deyə idarədən bildirilib.

Qeyd edək ki, Ukrayna hərbçiləri avqustun 6-da səhər saatlarında Kursk vilayətində Rusiya sərhədinə hücuma cəhd ediblər. Rusiya Baş Qərargahının məlumatına görə, 1000-ə qədər hərbçi iştirak edib.

Kursk istiqamətində hərbi əməliyyatlar başlayandan bəri Ukrayna Silahlı Qüvvələrinin ümumi itkiləri 660 nəfərə qədər şəxsi heyət təşkil edib. 82 ədəd Ukrayna zirehli texnikası məhv edilib.

Hazırda Rusiya bölmələri Kursk vilayətinin Sudjenski və Korenevski rayonlarında Ukrayna qüvvələrinin ayrı-ayrı konsentrasiyalarını müəyyənləşdirir və məhv edir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN