Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib ki, yaxın vaxtlarda keçmiş prezident Mixail Saakaşviliyə qarşı 2008-ci ildə Rusiya ilə münaqişə ilə bağlı bir sıra epizodlara görə vətənə xəyanət maddəsi ilə cinayət işi açıla bilər.

“Hüquq norması fərqli ola bilər, prokurorluğa müraciət də ola bilər, parlamentin istintaq komissiyası və ya Konstitusiya Məhkəməsinə müraciət də ola bilər, bütün vasitələrdən istifadə etmək olar. Cəmiyyət bütün bunları öyrənəcək, əsas odur ki, bu cinayət araşdırılmalıdır”, - Kobaxidze bildirib.

Bundan əvvəl Tbilisi 2008-ci il müharibəsinə görə Saakaşvilinin “Nürnberq məhkəməsi”nə ehtiyac olduğunu bəyan etmişdi.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN