İsrail ordusu (SAHAL) Qəzza zolağının cənubunda əməliyyata başladığını elan edib.

İsrail Müdafiə Qüvvələri Qəzza zolağının cənubundakı Xan Yunis qəsəbəsində əməliyyata başlayıb.

Əməliyyat HƏMAS üzvlərinin və hərəkatın göstərilən ərazidə infrastrukturunun olması ilə bağlı kəşfiyyat məlumatı alındıqdan sonra başlanılıb.

Qeyd olunur ki, hərbi əməliyyatlar həm yerin üstündə, həm də yerin altında aparılır.

Bundan əlavə, İsrail təyyarələri artıq HƏMAS-ın 30 hədəfini vurub.

Daha əvvəl SAHAL Xan Yunisin şərq hissəsinin sakinlərini humanitar zonaya köçməyə çağırıb.

Tədbirlər Xan Yunisdən İsrail istiqamətin hücumlardan sonra həyata keçirilib.

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN