Rusiya hava hücumundan müdafiə sistemləri Kursk bölgəsi üzərində səmada Ukraynaya məxsus 7 raketi vurub.
Tezadlar.az bildirir ki, bu barədə vilayət rəhbərinin səlahiyyətlərini icra edən Aleksey Smirnov məlumat verib.
“Bu gün Kursk vilayətinin səmasında 7 Ukrayna raketi vurulub. Hava hücumundan müdafiə qırıcılarına və sərhəd müdafiəçilərinə təşəkkürlər! Xatırladıram ki, dağıntılara yaxınlaşmaq və toxunmaq olmaz, bu, zərər verə bilər. Tapdığınız barədə 112-yə zəng edərək məlumat verməlisiniz”, - o yazıb.
E.ŞİRİNOV