Türkiyə Xarici İşlər Nazirliyi Yunanıstanın Qərbi Trakyadakı azlıq məktəblərində

dini vəzifələri məhdudlaşdırma qərarına münasibət bildirib.
Nazirliyin "Twitter" hesabında "Yunanıstan səlahiyyətlilərini Qərbi Trakyadakı Türk azlıq ibtidai məktəblərində təhsil alan şagird və müəllimlərin dini öhdəliklərini yerinə yetirmələrini məhdudlaşdıran bu qərarı ləğv etməyə dəvət edirik", - deyə qeyd edilib.

Xatırladaq ki, sentyabrın  23-də Yunanıstandakı Qərbi Trakya Türk Azlıqları Məsləhət Şurasının "Twitter" hesabından edilən paylaşımda Regional Təhsil Müdirliyi tərəfindən 22 sentyabrda Rodop vilayətindəki azlıq məktəblərinə göndərilən direktivdə şagirdlərin cümə namazına getmələrinə mane olunduğu bildirilib.

Qeyd edək ki, Qərbi Trakya coğrafiya baxımından Yunanıstanın Gümülcinə, İskeçə və Dədəağac vilayətlərini əhatə edir. Hazırda Qərbi Trakyada 150.000-dən çox əhalisi olan müsəlman azlıq yaşayır. Yunanıstanda türkcə danışılan ən sıx bölgədir.  1923-cü ildə imzalanan Lozanna müqaviləsi ilə Qərbi Trakya Türk icması “azlıq” statusuna sahibdir. Ancaq türklər azlıq haqlarından ümumilikdə istifadə edə bilmir. 

 1980-ci illərdə adında “Türk” olan azlıq qeyri-hökumət təşkilatları qeyri-qanuni elan edildi. 1990-cı illərdə müftilərin seçilməsilə əlaqəli 1920 tarixli qanun ləğv edilərək, qəbul edilən prezidentlik fərmanı ilə “ təyin edilmiş müfti” qərarı tətbiq edilməyə başlandı.

 

Y.MƏMMƏDLİ

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN