Sentyabrın 23-də Elbrus dağında əlverişsiz hava şəraiti səbəbindən həyatını itirən alpinistlərin sayı 5-ə çatıb.

Bu barədə TASS-a Rusiya Fövqəladə Hallar Nazirliyinin Kabardin-Balkariya Baş İdarəsinin rəisi Mixail Nadejin məlumat verib.

Axtarış-xilasetmə işləri zamanı sağ qalan 14 nəfərin hamısı xəstəxanaya çatdırılıb. Onlardan 11 nəfəri Nalçik şəhərindəki xəstəxanaya yerləşdirilib. Üç nəfər isə ilkin tibbi yardımdan sonra sərbəst buraxılıb.

***

Elbrus dağında xilasedicilərdən kömək istəyən bir qrup alpinistdən üç nəfər ölüb, beşi sağ tapılıb.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Axtarışların davam etdirildiyi bildirilib. Axtarışlara 40 nəfərə qədər xilasedici cəlb edilib.

8 alpinistin taleyi naməlum olaraq qalır.

***

Elbrus dağında əlverişsiz hava şəraiti səbəbindən çətin vəziyyətlə üzləş 19 nəfərdən ibarət alpinist qrupunun 1 üzvü həlak olub.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

5400 metr yüksəklikdə olan alpinistlər rabitə əlaqəsinə çıxaraq kömək istəyiblər.

Yüksəklikdə küləyin sürəti 40 m/s olub. Temperatur -20 dərəcəyə düşüb.

Dərhal xilasedici qrupu əraziyə cəlb edilib. Axtarış zamanı tapılan 4 nəfərdən birinin öldüyü bildirilib.

İlkin məlumata görə, qrup üzvlərindən bir nəfər ayağından zədə alıb.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN