Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, avqustun 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Zaqatala şəhərində vətəndaşları qəbul edib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən Tezadlar.az-a verilən məlumata görə, qəbuldan öncə Ümummilli Lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsi ziyarət edilib, xatirəsi ehtiramla yad olunub.

Qəbul zamanı Zaqatala, Balakən və Qax rayonlarından olan vətəndaşlar müqəddəs kitabları öyrənmə kurslarının yaradılması üçün icazənin alınması, dini icmanın dövlət qeydiyyatı, dini təhsil, İslam dininə aid ibadət yerlərinə din xadiminin təyinatı və digər məsələlərlə bağlı müraciət ediblər.

Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciət və təklifləri diqqətlə dinlənilib, müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.

R.XUDATQIZI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN