Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə respublikamızda elan olunan “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin “Yaşıl gələcək naminə” aksiyası avqustun 9-da Şəki rayonunda yerləşən məscidlərdə keçirilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən Tezadlar.az-a verilən məlumata görə, dini icma üzvləri, din xadimləri və könüllü ictimaiyyət nümayəndələrinin iştirak etdiyi aksiyada məscidlərin ətrafında abadlıq, yaşıllaşdırma işləri aparılıb.
Qeyd edək ki, “Yaşıl gələcək naminə” aksiyası cəmiyyətdə ekoloji maarifləndirmə səviyyəsinin yüksəldilməsinə, ətraf mühitin və ictimai məkanların abadlaşdırılmasına töhfə verməklə yanaşı, müxtəlif konfessiyalara mənsub dini icma üzvlərini ümummilli məsələ ətrafında birləşdirmək, ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların artırılmasına yönəltmək məqsədi daşıyır.
R.XUDATQIZI