Ölkəmizin müxtəlif kənd və qəsəbələrində yaşayan həssas kateqoriyadan olan şəxslər üçün müraciətlərin əlçatanlığını təmin etmək məqsədilə Dövlət Miqrasiya Xidmətinin regional idarələri tərəfindən səyyar xidmətlər davam etdirilir.

Dövlət Miqrasiya Xidmətinin Mətbuat xidmətindən Tezadlar.az-a verilən məlumata görə, Lənkəran, Ağsu və Yevlax regional miqrasiya idarələri tərəfindən Masallı, Astara, Cəlilabad, İsmayıllı, Yevlax, Ağdaşda yaşayan sağlamlıq imkanları məhdud şəxslərə səyyar xidmət göstərilib.

Səyyar xidmətlər zamanı Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətlərinə uyğun olaraq şəxslərin yaşadıqları ünvanlarda müvafiq yaşamaq üçün icazə vəsiqələri,  həmçinin vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı qərar təqdim edilib.

Eyni zamanda şəxslərdən müvəqqəti yaşamaq üçün icazə vəsiqələrinin alınması ilə bağlı sənədlər qəbul edilib, müvəqqəti yaşama icazəsi və vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı sənəd siyahıları təqdim olunub.

R.XUDATQIZI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN