İsrail ABŞ və bir sıra Avropa ölkələrini xəbərdar edib ki, İranın yəhudi dövlətinə hər hansı birbaşa hücumuna cavab İran ərazisinə zərbə olacaq.

Tezadlar.az xəbər verir ki, bu barədə İsrail ordusunun “Qalei İDF” radiosu mənbələrə istinadən məlumat yayıb.

Radiostansiyanın məlumatına görə, bu cür bildirişlərin ötürülməsində məqsəd İrandan gözlənilən hücumdan dərhal sonra həyata keçiriləcək beynəlxalq ictimaiyyət tərəfindən İsrailə qarşı “təzyiqləri qabaqcadan azaltmaq”dır. Bu bildirişlərin bir hissəsi olaraq, İsrail tərəfi açıq şəkildə bildirir ki, “İranın hücumunun nəticələri nə olursa-olsun”, İsrail “cavab olaraq İrana hücum etməkdə qərarlıdır”, hətta İranın zərbəsi İsrailin itkisi olmasa belə, - radiostansiya qeyd edib.

Avqustun 12-də “Fox News” telekanalı mənbələrə istinadən bəyan edib ki, İran 24 saatdan az müddətdə İsrailə hücum edə bilər.

E.ŞİRİNOV

Pin It

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN