Kursk vilayətindən təxliyə edilən uşaqlar və böyüklər Moskva vilayətindəki müvəqqəti yerləşdirmə mərkəzlərindən birində yaşayırlar.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Ombudsmanı Tatyana Moskalkovanın Telegram kanalı məlumat yayıb.

“Biz bu gün buraya Moskva vilayətinin İnsan Hüquqları üzrə Müvəkkili İrina Faevskaya ilə birlikdə insanlarla ünsiyyətdə olmaq, sözdə və əməldə kömək etmək üçün gəldik”, - o yazır.

Ombudsmanın sözlərinə görə, uşaqların əksəriyyəti internat məktəblərindən və bələdiyyə müəssisələrindəndir, lakin bütün ailəsini evakuasiya edənlər də var. Mənzil istidir, qurudur, yeni temirdən çıxıb. Hamısı yataq dəsti ilə təmin olunub. Özünün iaşə obyekti var, yerində növbətçi həkim var. Rayon tibb məntəqəsi sakinlərin istifadəsinə verilib. Bu gün isə böyüklər tibbi müayinədən keçmək üçün ora gediblər.

“İnsanlar övladlarının təhsilini davam etdirmək, birdəfəlik ödənişlər almaq, zədələnmiş mənzilə görə kompensasiya almaqdan narahatdırlar”, - deyə Moskalkova əlavə edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN