Moldova parlamentinin üzvü Marina Tauber məhkəmənin qərarı ilə Moskvaya səfərinin baş tutmayacağını izah edərək rusiyalı deputatlardan üzr istəyib.
Tezadlar.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Bundan əvvəl Kişinyov məhkəməsi müxalif “Pobeda” blokunun sədr müavini Tauberi 60 gün müddətinə ölkədən çıxışına qadağa qoyub. Deputat ədalətin işinə müdaxilə etməkdə ittiham olunub. Hakimiyyət Tauber və tərəfdarlarının “Şor” partiyasının liderinin işi üzrə məhkəmə iclası öncəsi keçirdiyi aksiyanı belə qiymətləndirib.
Tauber səyahət qadağasına etiraz edib, lakin məhkəmə onu dəstəkləyib. Deputat yeni məhkəmə qərarını Moldova hakimiyyəti ilə müxalifət arasında mübarizənin tərkib hissəsi adlandırıb. Tauberin sözlərinə görə, ölkə prezidenti Maia Sandu “həqiqətən də müxalifətin xalq qarşısındakı birbaşa öhdəliklərini yerinə yetirməsini istəmir”.
“Mən Dövlət Dumasından olan həmkarlarımdan, cənab Slutskidən, xanım Arşinovadan, görüşlər planlaşdırdığımdan, iştirak edə bilməyəcəyim üçün üzr istəyirəm”, - deyə deputat vurğulayıb.
E.ŞİRİNOV