ABŞ ordusunun istefada olan polkovnik-leytenantı və siyasi məsləhətçi Erl Rasmussen NATO ölkələrində parçalandığını açıqlayıb.

“Orada çatlar əmələ gəlir. Macarıstan, Slovakiya, Türkiyə öz xalqlarının ehtiyacları lehinə NATO və Aİ-nin tələblərinə çox fəal şəkildə qarşı çıxır və mənim fikrimcə, öz xalqlarının daha çox həqiqi təhlükəsizliyinə çalışırlar”, - Rasmussen “RİA Novosti”-yə müsahibəsində bildirib.

Ekspert qeyd edib ki, alyansda çoxları Rusiya və Çinlə qarşıdurma kursu ilə razı deyil.

Daha əvvəl “SP” yazıb ki, məşhur politoloq, publisist və tarixçi, Sistem Təhlili və Proqnozlaşdırma Mərkəzinin prezidenti, keçmiş diplomat Rostislav İşşenko Rusiyanın xüsusi hərbi əməliyyat başa çatdıqdan sonra üzləşəcəyi problemin adını çəkib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN