“Yeni İnsanlar” fraksiyasının sədr müavini Sardana Avksentyeva Dövlət Dumasına cinayət keçmişi olan əcnəbilərin Rusiya Federasiyasından çıxarılması ilə bağlı qanun layihəsi təqdim edib.

Tezadlar.az bildirir ki, bu barədə parlamentari “Rossiya-24” telekanalının efirində məlumat verib.

“Biz sözün əsl mənasında bu gün cinayət keçmişi olan əcnəbi vətəndaşların ölkəmizdən çıxarılması və arzuolunmaz olmasının tanınması ilə bağlı bu qanun layihəsini təqdim etdik”, - deyə deputat bildirib.

Onun sözlərinə görə, qanunun “ölkələrində siyasi baxışlarına, rusiyayönlü mövqelərinə görə məhkum edilmiş və ya söz azadlığına görə əziyyət çəkənlərə” şamil edilməyəcəyi güman edilir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN