Bu gün səhər saatlarında baş verən partlayışlar nəticəsində Kiyev Su Elektrik Stansiyasına ciddi ziyan dəyib.
Tezadlar.az xəbər verir ki, bu barədə UNIAN agentliyi müvafiq video yayımlayaraq məlumat yayıb.
Qeyd olunur ki, su elektrik bəndinin yolu və stansiyanın turbin otağı zədələnib.
Əvvəllər Kiyev və ətraf rayonlarda çoxlu sayda partlayışlar olub. Kiyev vilayətinin hakimiyyət orqanları infrastruktur obyektlərinə dəyən ziyanı açıqlayıb.
“Ukrhidroproekt” şirkətinin məlumatına görə, Kiyev Su Elektrik Stansiyası Dneprdəki Su Elektrik Stansiyaları kaskadının birinci mərhələsidir. Stansiya 1964-1968-ci illərdə istifadəyə verilmişdir. 1996-cı ildən su elektrik stansiyasının əsaslı şəkildə yenidən qurulması həyata keçirilir. Stansiyanın gücü 440 MVt, hidroaqreqatların sayı 20, orta uzunmüddətli istehsal gücü 709 milyon kilovatsaatdır.
E.ŞİRİNOV