Hücum qruplarının Kursk istiqamətində dörd hücumu dəf edilib, beş yaşayış məntəqəsinə hücum cəhdlərinin qarşısı alınıb. Ukrayna Silahlı Qüvvələrinin 5 əsgəri təslim olub.

“Şimal qoşun qruplaşmasının bölmələri ordu aviasiyası və artilleriya atəşinin dəstəyi ilə son 24 saat ərzində Korenevo və Çerkasskoye Poreçnoye yaşayış məntəqələri istiqamətində düşmən hücum qruplarının dörd hücumunu dəf edib. Qoşunlar Ukrayna Silahlı Qüvvələri bölmələrinin Borki və Kremyanoye, Spalnoe, Martınovka və Çerkassı Konopelka yaşayış məntəqələri istiqamətində hücum cəhdlərinin qarşısını alıblar”, - məlumatda deyilir.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, nəticədə, USQ-nin 70 döyüşçüsü ölüb və yaralanıb, 4 zirehli döyüş maşını sıradan çıxarılıb, Ukrayna Silahlı Qüvvələrinin 5 hərbçisi təslim olub.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN