Rusiyada yeni qadın milyarder peyda olub - “Uralsib Bank”ın əsas səhmdarı Lyudmila Koqan.

Tezadlar.az xəbər verir ki, bu barədə “Forbes” yazır.

Nəşrin hesablamalarına görə, Koqanın aktivlərinin dəyəri milyard dollara çatıb.

“Forbes” qeyd edib ki, onun sərvətinin əsas hissəsi “Uralsib”-in nəzarət paketidir. Bank təşkilatı Rusiyanın iyirmi ən böyük siyahısına daxildir.

Bundan əlavə, Koqan digər aktivlərə də sahibdir, bunlar arasında lizinq şirkəti “Interleasing” və “BFA-Development” investisiya və tikinti qrupunun şirkətlərində iştirak edir.

O, iş adamı Vladimir Koqanın dul qadınıdır. Keçən il Forbes onu Rusiyanın iyirmi ən varlı qadını siyahısına daxil edib.

Eyni zamanda, nəşr üçüncü ildir ki, “Wildberries” şirkətinin baş direktoru və əsas sahibi Tatyana Bakalçuku Rusiyanın ən zəngin qadını kimi tanıyıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN