Ukrayna Silahlı Qüvvələrinin köməyi ABŞ-ı həssas vəziyyətə saldı.
Tezadlar.az xəbər verir ki, bu barədə prezidentliyə namizəd, keçmiş dövlət başçısı, Respublikaçı Donald Tramp Fox News telekanalında bildirib.
Siyasətçi qeyd edib ki, Kiyevə “milyarlarla dollar dəyərində çoxlu vəsait ayrılıb” və sursat ehtiyatları artıq tükənib.
“Amerikanın silah-sursatının olmadığını eşidən Si Cinpinin yerində olmaq istərdiniz. Biz çox həssasıq”, - Tramp etiraf edib.
Respublikaçı ABŞ-da anbarlardakı silahlarla bağlı problemlərdən açıq danışanları qınayıb. Tramp hesab edir ki, bu cür bəyanatlarla ölkənin daxili problemləri ilə bağlı bütün dünyanı xəbərdar edirlər.
Tramp əvvəllər demişdi ki, Rusiya ilə anlaşma yaxşıdır. O, bunun ağıllı bir yanaşma olduğunu, lakin ölkənin hazırkı prezidenti Co Baydenin bütün ağlını itirdiyini izah etdi. Trampın sözlərinə görə, onun varisi həmişə çox aşağı IQ-ya malik olub, “indi isə yəqin ki, sıfırdır”.
Bundan əvvəl siyasətçi bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə daxil olması yeni dünya müharibəsinin başlamasına səbəb olacaq. Siyasətçinin fikrincə, bu hücum qlobal münaqişənin həmişəkindən daha yaxın olduğunu göstərən çoxsaylı işarələrdən biri idi.
E.ŞİRİNOV