Kursk istiqamətində Rusiya hərbçiləri bəzi bölgələrdə irəliləyib.
Tezadlar.az xəbər verir ki, bunu TASS-a Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Hərbi-Siyasi İdarəsinin rəis müavini, “Axmat” xüsusi təyinatlı qüvvələrinin komandanı, general-mayor Aptı Alaudinov deyib.
“Bəzi sahələrdə bölmələrimizin irəliləməsi istisna olmaqla, heç bir ciddi dəyişiklik yoxdur”, - o deyib.
O qeyd edib ki, “bu səhərdən ağır döyüşlər gedir”, lakin rus bölmələri “yavaş-yavaş məhv edir, düşməni darmadağın edir və irəliləyir”.
E.ŞİRİNOV