Rusiya hərbçilərinin Ukrayna Silahlı Qüvvələrini Kursk vilayətindən sıxışdırıb çıxarmaq üçün lazımi planları var, lakin onlar açıq şəkildə müzakirə edilməməlidir.

Tezadlar.az xəbər verir ki, bunu jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Əlbəttə, hərbçilərin bütün lazımi planları var, lakin bunlar açıq şəkildə müzakirə oluna biləcək planlar deyil”, - Kreml sözçüsü bildirib.

O, Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisindən sıxışdırılması üçün vaxt çərçivəsinin olub-olmaması sualına cavab verib.

Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə kütləvi hücumu avqustun 6-da başlayıb. Bölgədə federal fövqəladə vəziyyət rejimi qüvvədədir. Sərhəd rayonlarının sakinləri təhlükəsiz ərazilərə köçürülür. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, 11,5 mindən çox insan müvəqqəti yerləşdirilmə mərkəzlərindədir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN