Ukrayna xəstəxanaları Ukrayna Silahlı Qüvvələrinin (USQ) yaralı hərbçilərini yerləşdirmək üçün yer çatışmazlığı problemi ilə üzləşib.
Tezadlar.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Məlumata görə, “demək olar ki, daimi axınla” gələn Ukrayna hərbçilərini yerləşdirmək üçün xəstəxanalarda çarpayılar çatışmır. Telekanal qeyd edib ki, çoxlu sayda yaralı və ümumi yorğunluq Ukrayna Silahlı Qüvvələrinin əhval-ruhiyyəsinə təsir edir.
Telekanal həmçinin xatırladıb ki, Ukrayna prezidenti Vladimir Zelenski ordunun canlı qüvvə çatışmazlığı ilə üzləşdiyini, buna görə də tükənmiş hərbçilərin dincəlmək imkanı olmadığını etiraf edib. Sentyabrın 8-də CNN telekanalı Ukrayna hərbçilərinə istinadən xəbər verib ki, Ukrayna Silahlı Qüvvələri DXR-in Krasnoarmeysk (Ukrayna adı - Pokrovsk) yaxınlığında əhəmiyyətli dərəcədə möhkəmlətmə çatışmazlığı ilə üzləşib. Altı ukraynalı zabit telekanala təsdiqlədi ki, fərarilik və əmrlərə əməl etməmək, xüsusən də yeni işə qəbul olunanlar arasında ümumi problemə çevrilir.
2022-ci ilin fevralından Ukraynada ümumi səfərbərlik elan edilib və dəfələrlə uzadılıb, eyni zamanda hakimiyyət hərbi yaşda olan kişilərin xidmətdən yayınmasının qarşısını almaq üçün əlindən gələni edir. 2024-cü il mayın 17-də məhbusların səfərbərliyinin təşkilinə imkan verən qanun qüvvəyə minib.
E.ŞİRİNOV