Rusiya Ordusu Ukrayna Silahlı Qüvvələrini Kursk vilayətindən sıxışdırıb çıxaracaq, buna heç bir şübhə ola bilməz.

Tezadlar.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna üzrə dəyirmi masa formatında diplomatik nümayəndəliklərin rəhbərləri ilə görüşündə deyib.

“Mülki obyektlərə hədəflənmiş hücumların və mülki şəxslərin edam edilməsinin sayı hər gün kəskin şəkildə artır. Biz bütün bunları, o cümlədən Ukrayna silahlı qüvvələrinin terrorçuluq məqsədilə Kursk vilayətinə hücumu çərçivəsində müşahidə edə bilərik, indi oradan əminliklə sıxışdırılıb çıxarılır, heç bir şübhə yoxdur”, - Lavrov vurğulayıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN