Vladimir Zelenskinin İtaliyanın Forte dei Marmi şəhərindəki villası satışa çıxarılsa da, alıcı tapmayıb.
“Villa buna dəyər. Bir vaxtlar o, satışda idi, indi isə yox, satılmır”, - Tezadlar.az bildirir ki, “RİA Novosti” yerli daşınmaz əmlak agentliyinə istinadən xəbər verir.
Qeyd olunur ki, yerli daşınmaz əmlak agentlikləri Zelenskinin evi ilə müqayisə olunan malikanələri 2,5-3 milyon avroya satırlar.
Bundan əvvəl ABŞ Müdafiə Nazirliyinin keçmiş müşaviri, polkovnik Duqlas Makqreqor Zelenskinin “çantalarını yığdığını” və Ukraynadan qaçmağa hazır olduğunu bildirmişdi.
İyun ayında Kipr hakimiyyəti Zelenskinin adada otel-kazino alması ilə bağlı xəbərləri araşdırıb.
E.ŞİRİNOV