Ötən gecə Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri (HHMQ) Belqorod, Kursk və Bryansk vilayətlərində Ukraynaya məxsus 7 pilotsuz uçuş aparatını (PUA) məhv edib.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb, təfərrüatlar departamentin Telegram kanalında yer alıb.

“Belqorod vilayətində dörd pilotsuz təyyarə məhv edilib, Kursk vilayəti üzərində bir qurğu vurulub, Bryansk yaxınlığında isə iki pilotsuz təyyarə zərərsizləşdirilib”, - Müdafiə Nazirliyi izah edib.

Rusiya Müdafiə Nazirliyi başqa təfərrüatları açıqlamayıb.

Bir gün əvvəl Belqorod və Kursk vilayətləri üzərində Ukraynaya məxsus pilotsuz təyyarələr vurulub.

Sonra Müdafiə Nazirliyi bildirib ki, hər iki halda söhbət bir neçə on kiloqrama qədər partlayıcı maddə daşımağa qadir olan təyyarə tipli dronlardan gedir. Mülki itkilər barədə məlumat verilmir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN