Bu gecə Oryol vilayəti səmasında Ukraynaya məxsus pilotsuz uçuş aparatı (PUA) vurulub.
Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya vilayətinin qubernatoru Andrey Klıçkov Telegram kanalında bildirib.
O qeyd edib ki, hadisə yerinə təcili xidmətlər göndərilib. Klıçkov öz yazısında qurbanlar haqqında məlumat verməyib.
Bundan əvvəl hava hücumundan müdafiə sistemləri Belqorod, Kursk və Bryansk vilayətlərində 7 pilotsuz uçan aparatı məhv edib.
E.ŞİRİNOV