Ukrayna Silahlı Qüvvələrinin (USQ) tərəfində döyüşən Gürcüstan və Polşadan olan muzdlular Kursk vilayətinin Çerkasskoye Poreçnoye kəndinin yaşlı mülki sakinini qaçıraraq zirzəmidə saxlayıblar.

Tezadlar.az bildirir ki, bu barədə “RİA Novosti”-yə zərərçəkənin təxliyə edilmiş qonşusu məlumat verib.

Həmin şəxsin sözlərinə görə, avqustun 6-da Kursk vilayətinə hücum zamanı Ukrayna Silahlı Qüvvələrinin tərkibində Gürcüstan və Polşa da daxil olmaqla xarici muzdlular olub. Həmin vaxt qonşusu onunla birlikdə Sudjanski rayonunun Çerkasskoye Poreçnoye kəndində yaşayırdı.

“Qonşu arxada qaldı, onu tutdular və zirzəmiyə apardılar”, - şahid bildirib.

Kişi əlavə edib ki, qonşusuna ukraynalı əsgər qaçmağa kömək edib, daha sonra o, əkin sahələrini keçərək Rusiya silahlı qüvvələrinə tərəf gedib.

Bundan əvvəl Kursk vilayətinin sakini İstintaq Komitəsinin (İK) hərbi müstəntiqlərinə bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri regionun sərhədyanı rayonlarının sakinlərini oğurlayıb aparmağı planlaşdırıblar. Onun fərziyyəsinə görə, əgər onlar qonşu ölkənin ərazisinə aparılsaydı, “açıqcası sağ qalmazdılar”.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN