Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə oktyabrın 1-dən 31-dək respublika ərazisində “Təmiz hava” aylığı keçirəcək.
Bu barədə Tezadlar.az-a BDYPİ-dən məlumat verilib.
Baş Dövlət Yol Polisi İdarəsi həmin tədbirlə əlaqədar nəqliyyat vasitələrinin sahiblərini, sürücüləri, eləcə də avtonəqliyyat müəssisələrinin rəhbərliyini istifadələrində olan avtomobillərin yanacaq sistemini saz vəziyyətdə saxlamağa, ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etməyə çağırır.
Xatırladaq ki, normadan artıq ətraf mühiti çirkləndirən avtomobillərin idarə edilməsinə və onların istismara buraxılmasına yol verən fiziki və hüquqi şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
R.XUDATQIZI